Pomidor bitkisinin becərilməsində torpağın əsas və əkinqabağı hazırlığı” mövzusunda Xaçmaz rayonunda keçirilən təlimdə iştirak etmişdim. Təlimçi tərəfindən bizə bildirilən bütün məlumatları diqqətlə dinlədim. Təsərrüfatıma qayıdandan sonra istifadə edə biləcəyim qeydlərimi etdim. Təlimdə öyrəndiyim yenilikləri tətbiq etməklə təsərrüfatımda məhsuldarlığın artacağına inanıram, buna görə təşəkkür edirəm. Lakin, qeyd etmək istəyirəm ki, təlimdə uzun-uzadı yeni texnologiyaların tətbiqindən danışıldı. Nəzərə almaq lazımdır ki, biz fermerlərin əksəriyyəti orta və ya kiçik əkin sahəsi olan adamlarıq və bu kimi texnologiyaların tətbiqi üçün maddi imkanlarımız çox məhduddur.