Azərbaycan Dövlət İqtisad Universitetində Əmtəəşünaslıq fakültəsini “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisası üzrə 2009-cu ildə bakalavr və 2012-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində “Qida məhsullarının texnologiyası” ixtisası üzrə dissertasiya işini müdafiə etmiş və 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 70-dən çox elmi əsərin, o cümlədən 5 kitabın müəllifidir. 2016-cı ildən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə də məşğul olur.
© 2019 - 2023 agroinfo.az