Meyvə və üzüm bağlarında innovativ aqrotexniki tədbirlərin zərərli orqanizmlərə təsiri

Keçirildiyi tarix : 20 Fevral 2020 10:00

Keçirilmə yeri : Gəncə

Kimlər üçün nəzərdə tutulub : Fermerlər

Təlimçi(lər) : Ələsgərova Gülcamal

İştirakçı sayı : 0


Nə öyrənə bilərsiniz:

  • Meyvə və üzüm bağlarında innovativ aqrotexniki tədbirlərin zərərli arqanizmlərə təsiri

Təlim materialları:

20.02.2020-ci il tarixdə  BM və TBETi-də “Alim fermerin yanında “ layihəsi çərçivəsində Meyvə və üzüm bağlarında innovativ aqrotexniki tədbirlərin zərərli orqanizmlərə təsiri mövzusunda “Dəyirmi masa” təşkil olunub.  Tədbirdə BM və TBETİ-nin alimləri, Göygöl və Samux rayonundan üzümçülük və meyvəçiliklə məşğul olan mütəxəssis və fermerlər (20 nəfər) iştirak ediblər. Mövzunun maderatoru Fitapatalogiya şöbəsinin  elmi işçisi Ələsgərova Gülcamal mövzu ətrafında müzakirələrə geniş yer verərək dəyirmi masanın diskussiyalı keçməyinə zəmin yaratmışdır. Çöx müxtəlif fikirlər səslənmiş, olduqca məhsuldar keçmişdir. Burada fermerlər quraqlıq nəticəsində bir neçə problemlərlə üzləşdiklərini və buna çıxış yolu kimi süni göllərin və sututucularının  yaradılmasını təklif etdilər. Dəyirmi masaya dəvət olunmuş Samux rayon fermeri Mehdiyev Raiz Qəmbər oğlu öz təsərrüfatında ötən il rastlaşdığı alma ağacının meyvələrinin metamorfoza uğrayaraq, formasını dəyişərək üzüm salxımı görkəmini aldığını söylədi. Mütəxəssislər ona bunun ontogenezin müəyyən kritik mərhələsində hər hansı bir faktorun təsiri ilə baş verdiyini bildirdilər. G Ələsgərova zərərli orqanizmlərin populyasiya sıxlığını nəzarətdə saxlamaq üçün aqrotexniki qaydalara vaxtında və düzgün əməl etməklə, ekoloji təmiz məhsul yetişdirilməsini söylədi.  Sonda mütəxəssislər belə bir dəyirmi masanın bir başa meyvə və üzüm bağlarında təşkil olunmasını tövsiyə etdilər.

Dəvət olunan iştirakçılara 1adda “Meyvə bağlarında zərərli orqanizmlər və onlara qarşı mübarizə tədbirləri” 10 ədəd tövsiyə, 15 adda meyvə üzüm bağalarında xəstəlik və zərərvericilərə dair bukletlər 150 ədəd paylanmışdır.






Oxşar təlimlər

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined offset: 1

Filename: site/training_details.php

Line Number: 251

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined offset: 1

Filename: site/training_details.php

Line Number: 251

Üzüm bitkisinə dair aqrotexniki qulluq

Mövlud Hüseynov
Salyan
2 0

Sahədə görülən işlər

Behbudov Bayram
Beyləqan
2 0