Keçirildiyi tarix : 11 Fevral 2021 15:00
Keçirilmə yeri : Ağstafa
Kimlər üçün nəzərdə tutulub : İribuynuzlu heyvandarlıqla məşğul olan fermerlər, Fermerlər
Təlimçi(lər) : Biləndər Muradov
İştirakçı sayı : 0
Bütün növ kənd təsərrüfatı heyvanlarının, vəhşi heyvanlarxn iti gedişli yoluxucu xəstəliyidir. Septisemiya, müxtəlif böyüklükdə karbunkulların əmələ gəlməsi və ağır intoksikasiya ilə səciyyələnir. Qarayaraya insanlar da yoluxur.
Törədicisi. Bac. anthracis - hərəkətsiz, sporəmələgətirən, qrammüsbət, antibiotiklərə həssas aerob bakteriyalardır. İnkubasiya müddəti 20 gündür. Orqanizmdə olarkən kapsula ilə əhatə olunur. Kapsula virulentlik amili hesab olunur, mikrobu faqositozdan və serumun bakterisid təsirindən qoruyur və onun toxuma hüceyrələrinə fiksasiya olunmasını təmin edir. Orqanizmdən kənarda əlverişsiz mühitə düşdükdə spor əmələ gətirirlər (neytral və ya zəif qələvi mühitdə, hava oksigeninin iştirakı ilə 12-42°C temperaturda və qida komponentləri çatışmadıqda və s. sporlar minimum 8 saata yaranır). Ölçüləri 3-10x1- 1,5 mkm-dir. Yaxmalarda tək-tək və bəzən qısa zəncir şəklində görünürlər.
Epizootologiyası. Törədicinin mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Həssaslıq ardıcıllığı belədir:
- qoyun və marallar;
- atlar;
- qaramal, dəvə və keçilər;
- donuz, it və pişiklər.
Quşlardan dəvəquşu yoluxur. Yoluxma mənbəyi çox hallarda törədici ilə kontaminasiya olunmuş torpaqdır. Epizootiya zamanı xəstəlik əsas etibarilə transmissiv yolla yayılır. Xəstəliyin şiddətlənməsi çox vaxt otlaq mövsümünün ikinci yarısında baş verir. Törədicinin yayılmasında ət yeyən heyvanlar böyük rol oynaya bilirlər: qarayara spoıları ilə şirayətlənmış ət yedikdə, 3 həftə ərzində onlar bu mikrobları fekaliya ilə ətrafa yayırlar.
İti gedişli yüksək kontagioz xəstəlikdir, ağız boşluğunun selikli qişasında, yelinin və ətrafların dərisində aftaların əmələ gəlməsi ilə xarakterizə olunur.
Törədicisi. RNT tərkibli virusdur. Pikornaviruslar ailəsinin rinovirus cinsinə aiddir (20-25 nm). Həssas heyvan orqanizmində inkubasiya dövrü 14 gündür. Onun 7 serotipi vardır: O, A, S, SAT-1, SAT-2, SAT-3 və Asiya-1. Hər serotipin bir neçə variantı mövcuddur. Müəyyən olunmuşdur ki, dabaq epizootiyaları zamanı bu tiplərdən biri asanlıqla digərinə keçə bilər. Tiplərin belə dəyişkənliyi onların heyvan orqanizmindən passajı ilə əlaqədardır. Virusu müxtəlif növ heyvanların orqanizmində və böyrəklərdən hazırlanmış ilkin tripsinləşdirilmiş hüceyrə kulturasında yetişdirirlər. Son zamanlar dabaq virusunu yetişdirmək üçün müxtəlif növ heyvanların beynindən hazırlanmış hüceyrə kulturasından istifadə edilir.
Heyvan orqanizmində viruslar virusneytrallaşdırıcı, komplement təsbitedici və presipitinləşdirici əkscisimlər yaradırlar. Seroloji tipləri təyin etmək üçün NR, KBR və PHAR qoyulur. Virus ətraf mühitin mənfı təsirinə qarşı yüksək davamlılıq göstərir.
Epizootologiyası. Qaramal, davarlar, donuzlar, marallar həssasdırlar. Camış və dəvələr az həssasdırlar. Xəstəlik nadir hallarda itlərdə, pişiklərdə, dovşanlarda, kirpilərdə və kiçik gəmiricilərdə rast gəlinir. İnsanlar xəstə heyvanlardan yoluxa bilərlər. Cavan heyvanlar yaşlılara nisbətən daha həssasdırlar və xəstəlik onlarda daha ağır keçir.
© 2019 - 2023 agroinfo.az