Pambıq bitkisinin becərilməsi və aqrotexniki tədbirlər

Keçirildiyi tarix : 05 Mart 2021 11:00

Keçirilmə yeri : Samux

Kimlər üçün nəzərdə tutulub : Fermerlər, məntəqə işçiləri

Təlimçi(lər) : Firidun Əmiraslanov

İştirakçı sayı : 0


Nə öyrənə bilərsiniz:

  • Pambıq bitkisinin becərilməsi və aqrotexniki tədbirlər

Təlim materialları:

Pambıq bitkisinin əhəmiyyəti

Pambıq universal texniki bitkidir. Onun lifi to­xuculuq sənayesinin əsas xammalını təş­kil etməklə yanaşı, xalq təsərrüfatının bir çox sahələrində, o cümlədən kimya, təy­ya­rə­qayırma, avtomobilqayırma və s. sənaye sa­hələrində də geniş tətbiq olunur. Pambıq mah­lıcından təxminən 200 adda məhsul alı­nır. Hektardan 20 sentner xam pambıq gö­tü­rüldükdə, ondan 4840 matr parça, 172 kq yağ, 452 kq jmız, 30 kq paltar sabunu, 70 kq pambıq linti və s. alınır.

Azərbaycanda becərilən sortlar

Respublikada ən çox AzNİXİ-195, Gən­cə-8, Gəncə-78, Gəncə-80, Gəncə-103, Gən­cə-110, Gəncə-114, Gəncə-160, Ma­raş, Flora, Ağ qızıl, Antep, Progen, Carla, Glo­ria, Assos, Selekt kimi yerli və in­tro­duk­si­ya olunmuş xarici seleksiya sortları əkilir.

Dondurma şumu: Dondurma şumu yük­sək məhsuldarlığın əsasıdır, bu tədbir düz­gün aparılarsa hektardan 15-20% artıq məh­sul götürmək olar. Dondurma şumu üçün optimal müddət oktyabr-noyabr ayları he­sab olunur.

Arat: Torpaqda nəmlik ehtiyatının ya­ra­dıl­ması, duzların aşağı qatlara yuyulması, pam­bıq sovkası puplarının məhv edilməsi, pam­bıq toxumlarının erkən və eyni vaxtda cü­cərməsi üçün qış yaxud yaz aratı aparılır. Mil-Qarabağ, Şirvan və Muğan-Salyan böl­gə­lərində zəif şorlaşmış bütün torpaqlar qış ara­tı üçün (hektara 1500-1800 kub metr), qa­lan torpaqlaq isə yaz aratı üçün (hektara 1300-1500 kub metr) ayrılır. Yaz aratı mar­tın 15-dən başlayaraq aprelin 5-dək başa çat­dırılmalıdır.

Toxumluq çiyidin səpinə hazırlanması

Arata əkilən lifli toxum səpindən əvvəl as­falt meydançada, yaxud brezent üstündə iki dəfə ( ikinci birincidən 1-2 saat sonra ol­maq­la) isladılır, hər nəmləndirmədə 20-25 sm qalınlıqda sərilmiş bir ton toxuma 350-500 litr su sərf olunur.

Hər dəfə isladıldıqdan sonra lifli çiyid kü­rək­lə qarışdırılır, 70-80 sm hündürlükdə top­lanılır və üstü plyonka ilə örtülür. İs­la­dıl­mış çiyidi bu vəziyyətdə ən azı 12 saat sax­la­maq olar.

Lifsizləşdirilmiş çiyid isladılmadan quru hal­da səpilir.

Pambığın səpini

Səpinə başlamaq üçün optimal müddət tor­pağın 8-10 sm dərinliyində temperaturun 120-140-də sabitləşdiyi vaxtdan sonra he­sab olunur. Muğan və Mil-Qarabağ zo­na­sın­da optimal səpin müddəti aprel ayının birinci, Şirvan zonasında isə ikinci on­gün­lük­dən sonrakı müddət hesab olunur. Səpin ilk növbədə tez qızan yüngül mexaniki tər­kib­li torpaqlarda keçirilir. Ağır mexaniki tər­kib­li gec qızan torpaqlarda səpin üçün müəy­yən edilmiş müddətin sonunda apa­rı­lır. Çiyid səpini səpinqabağı besərmənin bi­la­vasitə ardınca aparılmalıdır. Əks halda çi­yid yatağı dərinliyində nəmlik itir, nəticədə çı­xış zəif alınır.

Arata səpin zamanı çiyid 4-5 sm dərinliyə bas­dırılmalıdır. Səpin norması səpin üsu­lun­dan, cərgəarası və bitkiarası məsafədən, to­xumun ölçüsündən və keyfiyyətindən, tor­paq və temperatur şəraitindən asılıdır. Lifli çi­yidlə səpində hektara 60-65 kq toxum sərf olu­nur. Səpin lifsiz çiyidlə aparılarsa hek­ta­ra 16-18 kq toxum sərf olunur.

Pambığın becərilmə texnologiyası

Seyrəltmə: Çıxış alındıqdan sonra cər­gə­arası 60 sm olan əkinlərdə hər 12-15 sm-dən bir və ya 30 sm-də iki bitki, cərgəarası 90 sm olduqda isə 8-10 sm-də bir və ya 20 sm-də iki bitki saxlanılır.

Ketmənləmə: Ketmənləmə zamanı bitki ət­rafındakı torpaq yumşaldılır, bitki ara­la­rın­da­kı və müdafiə zolağındakı alaqlar məhv edi­lir. Ketmənləmə 6-8 sm dərinlikdə apa­rı­lır. Kultivasiya və ketmənləmə su­var­ma­lar­dan 3-4 gün sonra torpağın fiziki ye­tiş­gən­li­yi zamanı aparılmalıdır.

Kultivasiya: Torpaqdakı nəmliyi qo­ru­maq, yumşaq halda saxlamaq, zərərli duz­la­rın dəthə çıxmasının qarşısını almaq, alaq ot­larını məhv etmək məqsədsi ilə cər­gə­lər­də pambıq cücərtiləri görünəndə kultivasiya baş­lanılır. Kultivasiyanın keyfiyyəti kul­ti­va­to­run işçi orqanlarının daim iti sax­la­nıl­ma­sın­dan, düzgün dəstləşdirilməsindən ası­lı­dır. 60 sm-lik cərgə araları olan əkinlərdə be­cərmənin en götürümü 40-45 sm, 90 sm-lik əkinlərdə isə 70-75 sm olmalıdır.

Çıxışdan sonra cərgələr bilindikdə dərhal bi­rinci kultivasiya çəkilir. Sonrakı kul­ti­va­si-

ya­lar suvarmadan sonra torpaq işçi or­qan­la­ra ya­pışmadıqda və torpaq toz­lan­ma­dıq­da apa­rı­lır.

Gübrələmə

Pambıq bitkisi mineral və üzvi gübrələrə tə­ləb­kardır. Azot gübrəsinin illik norması fi­zi­ki çə­ki­də orta hesabla 350 kq, fosforun miq­darı 400 kq və kaliumun miqdarı 100 kq müəy­yən edilir. Azo­tun illik normasının 20 fai­zi səpinqabağı be­cər­mədə, qalan hissəsi isə çiçəkləməyə qədər, hər dəfə 140 kq ol­maq­la 2 dəfəyə kultivasiya za­manı verilir. Fos­for gübrəsinin illik normasının təx­minən 70 faizi, yəni 280 kq şum altına, qalan his­­sə­si 120 kq səpinqabağı və yaxud səpinlə bir­­likdə, kalium gübrəsinin 50 kq şum altına, 50 kq isə qönçələmə fazasında yemləmə ki­mi ve­ri­lir.

Xəstəlik və zərərvericiləri

Pambığın ən qorxulu xəstəliklərinə vilt, so­lux­ma, hommoz və kökçürümə, zi­yan­ve­ri­ci­lə­ri­nə isə payızlıq sovka, pambıq sov­ka­sı, hö­rüm­çək gənəciyi, mənənə, trips və sair aiddir. Zə­rər­li orqanizmlərə qarşı kim­yə­vi mübarizə təd­bir­ləri mütəxəssis nəzarəti apa­rılmalıdır.

Suvarma

Mexaniki tərkibinisbətən yüngül və qrunt su­yu dərin olan torpaqlarda pambıq bitkisini çi­çək­lən­məyədək 1-2, çiçəkləmə və bar əmə­ləgəlmə döv­ründə isə 2-3 dəfə su­var­ma aparılmalıdır.

Yüngül müxaniki tərkibli torpaqlarda su­var­ma norması 700-800 kub metr, ağır me­xa­niki tər­kibli torpaqlarda isə 900-1000 kub metr təşkil edir.

Ucvurma

Ucvurma əl ilə, mexaniki və kimyəvi üsul­la apa­rılır. Bitkilərin əsas gövdəsinin ucu uc­vuran qur­ğularla 3-4 sm kəsilir, əl ilə isə 1-2 sm qo­pa­rı­lır.

Ucvurma kimyəvi üsulla aparıldıqda bit­ki­lə­rin is­tər əsas, istərsədə yan budaqlarının bö­yüməsi bə­rabər nizamlanır, bar budaqları da­ha yaxşı in­kişaf edir.

Məhsulun yığılması

Yığım əsasən əl ilə və ya maşınla həyata ke­çi­rilir. Məhsulu maşınla yığılacaq sa­hə­lər­də pam­bığın yarpaqları kimyəvi yolla tök­dü­rü­lür (de­folyasiya). Bu məqsədlə de­fol­yant­lar tətbiq olu­narkən yuxarı hissədə qo­zaların 30 günlük ol­ması vacibdir. Maşınla birinci yığıma qo­za­la­rın 50-60 %-i açıldıqda, ikinci yığıma əlavə ola­raq qoaların 20-30 %-i açıldıqda başlamaq la­zım­dır.

Elit toxumçuluq təsərrüfatlarında, kiçik sa­hə­lər­də, adətən pambıqyığan maşınlardan istifadə edil­mir. Əl ilə yığıma hər kolda ən azı 3-4 qoza açıl­dıqda başlanılır. Əl ilə yığılmış xam pambıq as­falt  və ya beton örtüklü sahədə günəş şüası al­tında vaxtaşırı çevrilməklə qurudulur.






Oxşar təlimlər

Sahənin pambıq səpininə hazırlanması

Hüseynov Namiq
Beyləqan
2 0