"Payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili”

Keçirildiyi tarix : 05 Fevral 2021 11:00

Keçirilmə yeri : Goranboy

Kimlər üçün nəzərdə tutulub : Fermerlər

Təlimçi(lər) : Əliyev Bayram

İştirakçı sayı : 0


Nə öyrənə bilərsiniz:

  • Payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili

Təlim materialları:

“Payızlıq taxıl əkinlərə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili”.

Qulluq işlərinin davam etdirilməsi dedikdə fevral ayında və sonrakı mərhələdə aparılan aqrotexniki tədbirlər nəzərdə tutulur. Fevral ayında əsasən zərərvericilərdən olan torpaq nematoqları və taxıl böcəkləri çox ziyan verir. Taxıllara əsasən taxıl böcəkləri və onların sürfələri ziyan verir. Bunun üçün tarlada vaxtı-vaxtında müşahidələr aparılmalı və zərərvericinin ziyanlıq həddinə çatdıqda tarla “Sumi-alta (0,2-0,25 l/h”, “Karate (0,4) l/h, Arriva (0,3) l/h, 40 % -li” yəni “Bi-58 (1,5 l/h)” preparatlarından biri ilə dərmanlanmalıdır. Taxıl  bağacıqı, taxıl pası, zəlicə böcəyi və s. Ziyanvericilərə qarşı da bu preparatlardan istifadə edilməlidir. Taxılların əsas xəstəlikləri unlu şeh, qonur və sarı pas, sürmə, kök çürümə xəstəliklərinə qarşı əsas mübarizə tədbiri kimi toxumların “Fundazol 2 kq/t”, “Vitovaks 2 kq/t”, “Alyans 1,5 kq/t”, “Dinit 1,5 kq/t” və s preparatlardan biri ilə dərmanlamaq lazımdır.

Ziyan dəymiş sahəyə əlavə azot gübrəsi verməklə bitkiləri bərpa etmək, məhsuldarlığı artırmaq olar. Gübrə 2 fazada həm ziyanlıq aşkar edilən kimi, həm də 1 ay sonra martın sonlarında verilməsi yaxşı təsir göstərir.

Payızlıq taxıllarda əkinlərə 85 növ alaq otları yayılaraq ziyan verir. Bunlardan 52 növü birillik, 35 növü isə çoxillik alaq otlarına aiddir. Bunlardan yaban vələmir, çöl xardalı, adi alaq qanqalı, Üçbuynuz dilqanadan və s aiddir. Alaqların çox yayılmasının əsas səbəbi onların bioloji xüsusiyyətlərinin taxıllara çox yaxın olmasıdır. Vaxtında mübarizə aparmadıqda məhsuldarlıq aşağı düşür biçin zamanı itkiyə səbəb olur və məhsulu toxumları zibilləyir. Payızlıq taxıllarda enli yarpaqlı alaqlara qarşı “2,4 D Amin duzu 2 l/h”, “Taystar 20 qr/h”, “Qranland 15qr/h”, “Veed Killer 2 l/h” herbisidlərindən istifadə edilir. Payızlıq taxıllarda əsas aqrotexniki tədbirlərdən biridə suvarmadır. Vegatasiya dövrüundə 3 dəfə vegatasiya suvarmasının aparılması məhsuldarlığı artırır. Aqrotexniki tədbirlərin məhsuldarlığa təsirini artırmaq üçün yeni innovatif üsulların tətbiqi həm əmək sərfini azaldır, iqtisadi səmərəliliyi artırır. Tirəli səpin üsulları, mütərəqqi suvarma sistemlərinin tətbiqi , yarpaq kökdənkənar yemləmələrin verilməsi bu amillərdəndir.

Yazlıq əkinlə hazırlıq işləri təşkili aqroterxniki tətbirlərin düzgün və ardıcıl yerinə yetirməkdən ibarətdir. Əkinə hazırlıq üçün sələf bitkisinə uyğun tarlanın seçilməsi toxumun, gübrə və dərmanların tədarük edilməsi ən vacib amillərdəndir.

Yazlıq əkinlərin toxumları dərmanlanaraq anbara yığılmalı, tarlalarda şum aparılmış sahələrdə qış aratı aparılmal, aratsız əkilən tərəvəz və bostan bitkiləri üçün sahələrdə 2 şum aparılmalı, çoxillik alaqlarla sirayətlənmiş sahələr alaqlara qarşı “Uraqan” , “Trazel”, “Treflan”, “Valsaqlif-360” herbisitlərindən biri ilə çiləmə aparılmalıdır. Çiləmə torpaq səthi islanma həddinə qədər 300-500 l/h işçi məhlulla aparılmalıdır.

Həmin sahələrdə şum altına 20-30 ton peyin verilməyibsə hökmən kompast (peyin, super-fosfat) hazırlanmalıdır. 1 ton yayılmış peyinə 200 kq super-fosfat qarışdırılaraq üstü brezen ya da polietilen örtüklə örtülür və tərəvəz ləklərinə səpilir. Yaz tarla işlərinə hazırlığın əsas amillərdən biri də torpaq becərən səpin aqreqatlarının təmir edilərək hazır vəziyyətə gətirilməsidir.






Oxşar təlimlər