Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin zootexniki Yardımlı rayonunda təşkil olunan tədbirdə kənd təssərrüfatı sahəsində çalışan bir qrup fermerlər iştirak edib. Qeyd edilib ki, qan-parazitlər xəstəlikləri kənd təsərüfatı heyvanlarının anemiya, lixoradka, atoniya, mədə-bağırsaq sisteminin pozğunlu ilə xaraqterizə edilən, iti və xroniki formada büruzə verən ibtidai parazitlər tərəfindən törədilən invaziyalardır. Respulikamızda digər kənd təsərrüfatı sahələri kimi heyvadarlığın inkişafı da diqqət mərkəzində saxlanılır.Tədbirin gedişində fermerlərə heyvanların qan-parazit xəstəliyinə tutulmaması üçün qabaqlayıcı profilaktik xəstəliklərinin epizoofoloji vəziyyətinin təhlilini aparır, onlara qarşı kompleks mübarizə tədbirləri müəyyənləşdirilir. Belə ki,düzənlik ərazilərdə qışın sonu, yazın əvvəli dağlıq və dağətəyi ərazilərdə yazın sonu, yayın əvvələrində baş verdiyi üçün qış fəslinin son aylarından başlayaraq dehelmintizasiya tədbirləri aparılmalıdır. Köçəri təsərrüfatlarda heyvanların köçdən öncə dehelmintizasiyası tədbirlər planının əsas şərtlərindən biridir.Vaxtında müalicə aparılmadıqda tələfat baş verir, xüsusi ilə cavan heyvanlarda 60-80% itkiyə səbəb olur. Xəstəlik törədicilərinin növündən asılı olaraq xəstəliyin ikubasiya dövrü 6-30 gün müddətində davam edə bilər. Qeyri düzgün dioqnoz, vaxtında aparılmayan müalicə 6-7 gün ərzində heyvanların ölmünə səbəb olur. Xəstəliyin kütləvi hala keçməməsi üçün təcili xəstə heyvanlar təcrid olunub, kimyəvi preparatlardan müalicə olunmalı proflaktik tədbirlər aparılmalıdır. Xəstəliyin müalicəsində Butaleks, Bupajekt, 5%-li Bupa Smart preparatları parazitlərə qarşı yüksək effektivlik göstərəcək.