Dənli bitkilərə aqrotexniki qulluq işlərinin təşkili

Keçirildiyi tarix : 18 Mart 2021 11:00

Keçirilmə yeri : Qazax

Kimlər üçün nəzərdə tutulub : Fermerlər

Təlimçi(lər) : Şahyəddin Abbasov

İştirakçı sayı : 0


Nə öyrənə bilərsiniz:

  • Dənli bitkilərə aqrotexniki qulluq işlərinin təşkili

Təlim materialları:

Etibarlı ərzaq təminatı hər bir ölkənin iq­ti­sa­di sabitliyinin və sosial da­yanıqlılığının baş­lıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ər­zaq təhlükəsizliyinin təminatında əsas stra­te­ji sahə olan taxılçılığın inkişafı daim diqqət mər­kəzində olmalıdır.

Bununla əlaqədar olaraq aqrar elmin qar­şı­sında duran əsas məsələ vahid əkin sa­hə­lə­rindən daha yüksək miqdarda dən istehsal et­məklə əhalinin taxıl və taxıl məhsullarına olan təlabatının tam ödənilməsindən ibarət ol­malıdır. Taxılların becərilmə tex­no­lo­gi­ya­sın­da onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həl­l­e­dici amillərdən biridir. Respublikamızda möv­cud olan təbii iqlim şəraiti payızlıq ta­xıl­lar­dan daha yüksək (70-80 sen/ha) dən məh­sulu almağa imkan verir.

Yüksək dən məhsulunun formalaşmasına ni­zamlanan (suvarma, yemləmə gübrələrinin ve­rilməsi, alaqlarla mübarizə, yaşıl malanın çi­çəklənməsi, xəstəlik və zərərvericilərlə mü­ba­rizə aparılması və s.) amilləri yüksək aq­ro­tex­niki qaydalara əməl etməklə nail olmaq olar.

Məlumdur ki, payızlıq taxıllar qış döv­rün­də xarici mühitin əlverişsiz amillərinin tə­si­rin­dən inkişafdan qalır və bəzən də zəmilərə qul­luq işində əsas vəzifə qışda və erkən yaz­da bitkilərin qorunub saxlanmasıdır.

Payızlıq taxıl əkini sahələrindən yüksək məh­sul götürmək üçün gübrələmənin əhə­miy­yəti müstəsna dərəcədə böyükdür. Əkin sa­hələrinə mineral gübrələrin düzgün ve­ril­mə­si bitkilərin normal böyüməsinə və in­ki­şa­fı­na şərait yaradır, onların xəstəliyə, şax­ta­la­ra və quraqlığa davamlığını artırır. Bu ba­xım­dan səpindən qabaq şum altına fiziki çəki he­sabı ilə hektara 350-400 kq fosfor güb­rə­si­nin verilməsi olduqca vacibdir.

İndi respublikada dənli bitkilərin əsas his­sə­sini intensiv sortlar təşkil edir. Bu sortların qi­da maddələrinə yüksək dərəcədə təlabkar ol­duğunu nəzərə alaraq gübrə normalarını ni­zamlamaq son dərəcədə vacibdir. Həmin sort­lar əkilən sahələrə erkən yazda torpaq-iq­lim şəraitindən asılı olaraq, hər hektara fi­zi­ki çəkidə 250-300 kq ammonium şorası, ya­xud 200 kq-a qədər karbonid verilməsi məs­lə­hətdir. Azot gübrəsinin 15-20%-i səpindən qa­baq, 60% erkən yazda, 20-25%-i isə bit­ki­lə­rin boruya çıxma fazasında yemləmə şək­lin­də verilməlidir.

Əgər payızda səpindən qabaq azot güb­rə­si verilməyibsə, onda yazda bitkilərə əlavə güb­rə şəklində onların qidaya olan tə­la­bat­la­rı­nı qismən də olsa ödəmək üçün gübrə nor­ma­sının müəyyən hissəsini qışda vermək məs­ləhətdir. Yaz yemləmə gübrəsi taxılların bo­ruya çıxma mərhələsindən qabaq ve­ril­mə­li­dir. Çünki bu zaman daxildə sünbül hələ for­malaşmamışdır. Ona görə də qabaqcadan ve­rilən yemləmə gübrəsi sünbüldə sün­bül­cük­lərin sayını artırmaqla onun tam for­ma­laş­masına şərait yaradır.

Buna görə də gübrələrin verilmə müd­dət­lə­rinə düzgün riayət etmək lazımdır.

Taxıl əkini ilə məşğul olan torpaq sahibləri bil­məlidirlər ki, əkin sahələrində yaza yaxın tor­paq sıxılıb bərkiyir. Bunun da nəticəsində bit­kilərin köklərinə hava çətin daxil olur, tor­paq­da isə rütubət daha çox buxarlanmasına şə­rait yaranmış olur. Bunun qarşısını almaq üçün erkən yazda əsasən də quraq dəmyə şə­raitində bitkilərə yemləmə gübrəsi ve­ril­dik­dən sonra əkinləri səpinin köndələninə yün­gül dişli mala ilə malalamaq lazımdır. Bu za­man əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, tor­paqdan rütubətin buxarlanmasının qarşısı alı­nır, xırda alaq cücərtiləri məhv olur və kök sis­teminin havalanması yaxşılaşır.

Yadda saxlamaq lazımdır ki, əkinlərə ma­la bitkilərin tam kollanma mərhələsində çə­kil­mə­lidir. Payızlıq dənli bitkilərdən yüksək məh­sul əldə etməyin mühüm şərtlərindən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı ola­raq taxıl sahələri vegetasiya dövründə iki-dörd dəfə suvarılmalıdır. Qışı yağıntılı keçən il­lərdə torpaq-iqlim şəraitindən asılı olaraq fev­ralın üçüncü, yaxud martın birinci on­gün­lü­yündə birinci vegetasiya suvarılmasına baş­lamaq məsləhət görülür.

Əgər səpindən sonra taxıl əkinləri su­va­rıl­ma­yıbsa və havalar quraq keçirsə, onda qış ay­larında bitkilər mütləq suvarılmalıdır.

Suvarılan bölgələrdə payızlıq taxıl sa­hə­lə­rin­dən az məhsul götürülməsinin başlıca sə­bəb­lərindən biri də suvarılmanın vaxtında apa­rılmamasıdır. Bilmək lazımdır ki, su­var­ma­nın 8-10 gün gecikdirilməsi məhsulun 25-30% azalmasına səbəb olur. Suvarma erkən sə­pin aparılmış sahələrdə başlanmalı və qı­sa müddətdə qurtarmalıdır.

Bəzi təsərrüfat rəhbərləri və mü­tə­xəs­sis­lə­ri cüzi miqdarda yəni 15-20 mm yağıntı ilə ki­fayətlənərək suvarmanı dayandırırlar. Taxıl əkin­ləri isə bundan xeyli artıq rütubət tələb edir. Deməli, yağıntılar az olan zaman su­var­ma­nı davam etdirmək məhsuldarlığı artırmaq de­məkdir. Ümumiyyətlə, vegetasiya döv­rün­də torpaqda olan nəmliyin miqdarına nəzarət et­məklə onun tarla rütubət tutumunun 70-75 %-dən aşağı düşməsinə yol verilməməlidir.

Suvarma suyu ilə birlikdə bitkilərə peyin şi­rə­si verilməsi yaxşı nəticələrə gətirib çı­xa­rır. Bunu bir çox fermer təsərrüfatlarında sı­naq­dan ke­çir­mişlər. Suvarmanın belə təş­ki­li­nə ciddi diqqət yetirilməlidir.

Alaqlar mədəni bitkilərin, o cümlədən pa­yız­lıq buğda əkinlərinin məhsuldarlığını aşa­ğı salan amillərdən biridir. Alaq otları məh­sul­darlığı aşağı salmaqla bərabər məhsulun key­fiyyətini də pisləşdirir.

Yaz mösümündə taxıl əkinlərinə qulluq iş­lə­rindən biri də alaqlara qarşı kimyəvi mü­ba­ri­zənin aparılmasıdır. Bu məqsədlə dövlət qey­diyyatından keçmiş kimyəvi pre­pa­rat­lar­dan istifadə etmək lazımdır. Hazırda birləpəli alaq­lara (yabanı vələmir və. s.) qarşı geniş is­tifadə olunan herbisidlərə əsasən Puma Su­per, İllofob-28 EC və Topik aiddirlər. Pu­ma Super herbisidi hektara 0.8-1.0 litr, İl­lo­fob-28 EC herbisidi hektara 2 litr, Topik her­bi­sidi isə hektara 0.35-0.40 litr hesabı ilə ve­ri­lir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək yazda payızlıq buğ­danın kollanma mərhələsində sahələrə çi­lənməlidir. Əks halda onun səmərəliliyi az olar.

Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülülü, çöl qanqalı, çöl sar­ma­şığı və s.) qarşı 2.4 D herbisidinin amin du­zu hektara 1.0-1.2 kq, Lintur herbisidi 0.150-0.180 kq, Qran Star herbisidi isə 0.018 kq hesabı ilə verilir. Femer təsərrüfatlarında apa­rılan təcrübələr göstərir ki, Topik və Lin­tur herbisidlərinin qarışdırılaraq bir dəfəyə ve­rilməsi iqtisadi cəhətdən daha çox səmərə ve­rir.

Respublikamızda taxıl əkinlərinə qış-yaz döv­ründə siçana bənzər gəmricilər daha çox zi­yan vururlar. Dəstə halında yaşayan bu gə­mi­ricilər aran və dağətəyi rayonların ha­mı­sın­da çox geniş yayılmışdır. Bu məqsədlə av­tol və ya bitki yağı ilə qarışdırılmış 10%-li sink fosfidlə zəhərlənmiş dəndən istifadə et­mək­lə aldadıcı yemlər hazırlanır. Hər işçi yu­va­ya 0.5-1.0 qram hesabı ilə zəhərli dən (al­da­dıcı yem) qoyulur. Aldadıcı yemi bitkinin ya­şıl, yumuşaq hissələrindən də hazırlamaq olar. Onu topalar şəklində yığmaq və yün­gül­cə islatmaq lazımdır. Nəm ot kütləsinin çə­ki­si­­nin 6%-i qədər sink fosfid götürülür və bu küt­lə ilə diqqətlə qarışdırılır. Çöl siçanları ha­zır­lanmış belə aldadıcı yemi ilin isti vaxt­la­rın­da da yaxşı yeyirlər və məhv olurlar.

Fermer təsərrüfatlarının rəhbərləri gös­tə­ri­lən aqrotexniki qulluq işlərini vaxtında və key­fiyyətlə yerinə yetirməklə yüksək taxıl məh­sulunun əldə edilməsinə nail ola bilərlər.






Oxşar təlimlər