13.03.2020-ci il Dənli və Paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrin verilməsi, bir ləpəli və iki ləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl edilməsi.

Keçirildiyi tarix : 03 Aprel 2020 19:25

Keçirilmə yeri : Lənkəran

Kimlər üçün nəzərdə tutulub : Fermerlər

Təlimçi(lər) : Təyyub Rzayev

İştirakçı sayı : 0


Nə öyrənə bilərsiniz:

  • Dənli və Paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrin verilməsi, bir ləpəli və iki ləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl edilməsi.

Təlim materialları:

13.03.2020-ci il tarixində Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində  Dənli və Paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrin verilməsi, bir ləpəli və iki ləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl edilməsi. Mövzusuna dair Elmi praktiki seminar keçirilmişdir. Seminarın açılışını Mərkəzin direktoru Təyyub Rzayev Əyyub oğlu açdı. Seminarda Lənkəran rayonunun taxılçılıqla məşqul olan 11 nəfər fermer bundan əlavə 16 nəfər fiziki şəxslər və mütəxəssislər iştirak edirdi. Cəm iştirakçıların sayı 27 nəfər idi. Mərkəzin direktoru Təyyyub Rzayev Paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə aparılması, verilən gübrələrin normasından və alaq otlara qarşı vaxtında sahəyə səpilən herbisitlərin rolundan danışdı.Seminarda Mərkəzin direktor müavini a.e.ü.f.d  Ülkər Əkbərova Pestisidlərin istifadə qaydaları kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl edilmsi haqqında seminar iştirakçılarına geniş məlumat verdi. Sonra Mərkəzin mütəxəssisi baş aqronom Humra Əsgərova paxlalı bitkilərinin xəstəlik və ziyanvericiləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verdi. Çay fasiləsi zamanı fermerləri maraqlandıran suallara ətraflı cavablar verildi.






Oxşar təlimlər