“ Payızlıq taxıl əkinlərin əlavə yemlənmə gübrələrin verilməsi, gübrə normaları alaqlara qarşı herbisitin verilmə norması təhlükəsizlik qaydaları, ziyanverici xəstəliklərə qarşı mübarizə tədbirləri və taxıl əkinlərinə qulluq işlərini davam etdirilməsi ”

Keçirildiyi tarix : 03 Fevral 2021 10:45

Keçirilmə yeri : Lənkəran

Kimlər üçün nəzərdə tutulub : Taxılçılıqla məşğul olan fermerlər

Təlimçi(lər) : Rahim Bağırov, Təyyub Rzayev

İştirakçı sayı : 0


Nə öyrənə bilərsiniz:

  • İribuynuzlu heyvandarlıqda qan parazitar xəstəlikləri profilaktikası və müalicəsi üsulları
  • Payızlıq taxıl əkinlərin əlavə yemlənmə gübrələrin verilməsi, gübrə normaları alaqlara qarşı herbisitin verilmə norması və təhlükəsizlik qaydaları, ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri

Təlim materialları:

Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində təşkil olunan seminar müşavirədə kənd təsərrüfatı sahəsində çalışan bir qrup sahibkar və fermerlər iştirak edib. Qeyd edilib ki, taxılçılıq bölgəmiz üçün qeyri-ənənəvi və nisbətən az məhsuldar əkin növlərindəndir. Lakin düzgün aqrotexniki qulluq sayəsində məhsuldarlığı artırmaq mümkündür. Təlimin əsas məqsədi də budur.

Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Respublikamızda digər kənd təsərrüfatı sahələri kimi taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır, taxıl sahələrində yüksək məhsuldarlığın əldə edilməsi üçün zəruri işlər görülür.

Seminarın gedişində fermerlərə payızlıq taxıl əkinlərinə əlavə yemlənmə gübrələrin verilməsi, gübrə normaları, alaqlara qarşı herbisitin verilmə norması təhlükəsizlik qaydaları, ziyanverici xəstəliklərə qarşı mübarizə tədbirləri və taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi ilə bağlı tövsiyələr çatdırılıb. Taxıl əkinlərində aqrotexniki qulluq işləri, taxıl sahəsində gübrələrin roluna dair fikirlər bölüşülüb. Qeyd edilib ki, qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda da istehsalın genişlənməsinə müsbət təsirini göstərəcək.






Oxşar təlimlər