Suallar

Kənd təsərrüfatı təyinatlı güzəştli kreditlərin verilməsi Respublika Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası əsasında tənzimlənir.

Kreditlərin verilmə həddi aşağıdakı kimidir:

  • mikrokreditlər -5000 manatadək ;
  • kiçik həcmli kreditlər 5001 manatdan -30 000 manatadək; 0000
  • ortahəcmli kreditlər 30 001 manatdan 100 000 manatadək ;
  • böyükhəcmli kreditlər 100001 manatdan -200000 manatadək:
  • kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlərin həddi-1000000 manatadək:

Kənd təsərrüfatı təyinatlı güzəştli kreditlərin verilməsi Respublika Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası əsasında tənzimlənir.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”-nın 6.1-ci bəndinə əsasən kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir. Idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları kreditləşdirirlər. Kreditləşmə məbləğinə bu qaydanın 5.7-ci bəndinə uyğun  (Agentlik  nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır) tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.