Hacıyeva Təranə

  • Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
  • Böyük elmi işçi
  • hacıyeva-68@mail.ru
  • +994554402366
  • Keçirdiyi təlimlərin sayı: 3

1989-cu ildə Azərbaycan Texnologiya İnstitutunun Konservləşdirmənin texnologiyası ixtisası üzrə tam kursu bitirmiş və Mühəndis-texnoloq ixtisası almışdır.

1983-1994-cü illərdə Kirovabad konserv zavodunda əmək fəaliyyətinə başlamışdır.

1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda “Tut ipəkqurdunun xəstəlikləri” laboratoriyasında laborant, kicik elmi işçi, 2011-ci ildən isə “Tutçuluq laboratoriyasında” böyük elmi işçi vəzifələrində işləmişdir.

2015-ci ildən hal-hazıradək Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası” laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.

 Tətbiqi tədqiqat - yonca bitkisinin məhsuldarlığına müxtəlif mineral gübrələrin təsiri

  1. ADAU-nun 85 illik yubileyinə həsr olunmuş “Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans;
  2. “Azərbaycanda aqrar sektorun yeni infrastrukturu: aqroparklar, onların yaradılmasının zəruriliyi və innovasiyalı inkişafda rolu” mövzusunda ümumrespublika elmi-praktik konfrans; 3 Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi-tədqiqat əməkdaşlığı” toplantısı-II və Azərbaycan Respublikası KTN AEM-nin gənc alimlər şurasının II beynəlxalq konfransı.

Hal-hazıradək 17 elmi əsərin müəllifi və həmmüəllifidir.