Məmmədov Qafar

  • Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
  • Şöbə müdiri
  • qafar.memmedov@heti.az
  • +994504588769
  • Keçirdiyi təlimlərin sayı: 5

1981-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Bitki mühafizəsi fakültəsinin ipəkçilik ixtisası üzrə ali təhsil almışdır. 1979-1981-ci illırdə N.Nərimanov adına sovxozda fəhlə, texniki-peşə məktəbində şagird, taxıl məhsulları kombinatında fəhlə vəzifəsində işləmişdir. 1986-1987-ci illərdə Ordubad barama toxum zavodunda texnik-mikroskopist vəzifəsində çalışmışdır. 1988-1991-ci illərdə AzETİİ-nin əyani aspiranturasında təhsil almışdır. 1996-cı ildə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə müdafiə edib, aqrar elmlər üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür, 2000-ci ildən dosentdir. 1987-ci ildə AzET İpəkçilik İnstitutunda laborant vəzifəsində çalışmışdır. 1988-1992-ci illərdə AzET İpəkçilik İnstitutunda baş laborant vəzifəsində çalışmışdır. 1992-1996-cı illərdə AzET İpəkçilik

İnstitutunda kiçik elmi işci vəzifəsində çalışmışdır. 1996-1997-ci illərdə AzET İpəkçilik İnstitutunda böyük elmi işci vəzifəsində çalışmışdır. 1997-2002-ci illərdə AzET İpəkçilik İnstitutunda elmi katib vəzifəsində çalışmışdır. 2002-2005-ci illərdə AzET İpəkçilik İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 2005-2010-cu illərdə AzET İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2010-2015-ci illərdə AzET İpəkçilik İnstitutunda laboratoriya müdiri vəzfəsində çalışmışdır. 2015-ci ildən hal-hazıra kimi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Baramaçılıq" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 30 elmi əsərin, 2 tövsiyyənin, 5 tut ipəkqurdu cinsinin müəllifi və həmmüəllifidir. "Tit ipəkqurdunda inbridinq və yeni ödəmə", "Azərbaycanca-rusca-ingiliscə ipəkçilik terminləri lüğəti" və "İpə

məlumat kitabı"nın müəllifidir. 28-30 sentyabr 2016-cı ildə Gürcüstan Aqrar Elmlər Akademiyasında keçirilmiş beynəlxalq konfransında iştirak edib və həmin konfransda "Azərbaycanda ipəkçiliyin inkişafı" haqqında çıxış edib. Tədbiqi Tədqiqat sahəsi: Tədqiqat- tut ipəkqurdunun seleksiyası.