Mən Nəbiyev İsmayıl Rza oğlu 1961-ci ildə sentyabrın 4-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşam. 1978-ci ildə Samux rayon AzNİXİ qəsəbə orta məktəbi bitirmişəm və 1978-ci ildə AzETPİ-də laborant vəzifəsinə işə qəbul olunmuşam. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşam. 1981-ci ildə AzETPİ-nin Yardımçı təcrübə təsərrüfatında briqadir vəzifəsinə işə qəbul olunmuşam. 1982-ci ildə ADAU-nun “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” fakultəsinə qiyabi daxil olmuşam və 1988-ci ildə universiteti bitirmişəm.
1983-cü ildə AzETPİ-nin Yardimçi təcrübə təçərrüfatında hesabdar, 1988-ci ildə isə iqtisadçı vəzifəsinə keçirilmişəm. 1990-cı ildə həmin təsərrüfatda direktor vəzifəsində işləmişəm. 1991-ci ildən etibarən AzETPİ-nin “Tədbiq və Elmi Texniki İnformasiya” şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşam . 2008-ci ildə həmin şöbədə böyük elmi işçi və aparıcı elmi işçi vəzifəsinə keçirilmişəm. 2009-cu ildə müsabiqə yolu ilə “İnformasiya və tədbiq” qrupunun rəhbəri vəzifəsinə seçilmişəm. 2010-cu ildə “Aqrotexnologiya“ şöbəsində böyük elmi işçi vəzifəsinə keçirilmişəm. Hal-hazırda həmin vəzifədə çalışıram.
İşlədiyim müddətdə 15 elmi məqalə, 1 tövsiyənin müəllifi və 2 kitabçada həmmüəllif olmuşam.
2018-2019-cu illərdə “Günəbaxan bitkisinin intensiv becərmə texnologiyası” mövzusunda respublikanın rayonlarında 8 elmi praktik təlim keçirmişəm.
© 2019 - 2023 agroinfo.az