Mən, Abdulbaqiyеva Sevda Ağaməli qızı 1960-cı ildə Bakı şəhərində anadan olmuşam. 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin (indiki) kimya fakültəsində təhsil almış, oranı “kimyaçı, кimyа müəllimi” ixtisası üzrə bitirdikdən sonra təyinatla Əkinçilik ЕТ İnstitutunda (indiki) işləməyə başlamışam. АМЕА-nın (indiki) Botanika İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasında “Müxtəlif morfofizioloji əlamətli buğda genotiplərinin quraqlığa davamlılıqla əlaqədar dən keyfiyyətinin formalaşması” adlı dissertаsiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru (indiki) adına layiq görülmüşəm. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə mənə Bitki fizioloqu üzrə “Dosent” elmi adı verilmişdir.
Dəfələrlə Beynəlxalq səviyyəli konfrans, seminar, müşavirə və s. tədbirlərdə, həmçinin 2009-cu ildə İKARDA təşkilatının xətti ilə Suriyada, 2011-ci ildə isə KOİKA təşkilatının xətti ilə Koreyada ixtisasartırma kurslarında iştirak etmişəm. Yerli və xarici mətbuatda dərc olunmuş 115 elmi əsərin müəllifiyəm. Beynəlxalq seleksiya mərkəzləri CİMMYT və İKARDA ilə birgə aparılan tədqiqat işlərində yaxından iştirak edirəm.
Müsabiqəli Qrantlar Proqramı çərçivəsində 4 qrant layihəsində icraçı, 2010-2011-ci illərdə “Perspektivli buğda sortlarının üstünlüklərinin dəmyə bölgələrində fermerlərin iştirakı ilə nümayişi” adlı layihəyə rəhbərlik etmişəm.
Aparılan tədqiqatlar nəticəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə dövlət komissiyasına 14 buğda, 6 qarğıdalı, 1 tritikale və 3 arpa sortları təqdim edilmişdir ki, bunlardan 4 qarğıdalı- Qürur (Patent №00193), Ümid (Patent № 00237), Fəxri (Patent № 00257), Emil (Patent № 00277) və 3 buğda- Xəzri (Patent № 00232), Gilavar (Patent № 00233) və Göytəpə (Patent №00251) sortları və AR KTN yanında Aqrar Xidmətlər Agentliyinin qərarı ilə seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxildir və patentlə mühafizə olunurlar.
Hazırda ”Fotosintez yolu müxtəlif olan bitkilərin (Triticum L.və Zea mais L.) seleksiyasının fizioloji, biokimyəvi və ekoloji aspektləri” Elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzusu üzərində işləyirəm.
© 2019 - 2023 agroinfo.az