Arif Əliyev

  • Əkinçilik Elmi-Tədqiqat İnstitutu
  • Şöbə müdiri
  • arif.aliyev.56@mail.ru
  • (050) 565-86-11
  • Keçirdiyi təlimlərin sayı: 1

Laboratoriya müdiri: Əliyev Arif Möhsüm oğlu

 

Əliyev A.M. 01.01.1956-ci ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur.1973-cü ildə Ağcabədi rayonun Füzuli adına kənd orta məktəbini bitirmiş və həmin  ildə  də  S. Ağamalıoğlu  adına  Azərbaycan  Kənd  Təsərrüfatı İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  Aqrar  Universiteti)  aqronomiya fakultəsinin  aqronomluq  şöbəsinə  daxil  olmuş,  1978-ci  ildə  həmin  institutu bitirərək “alim-aqronom” ixtisasına yiyələnmışdır.

1978-1982-ci   illər   ərzində   Kənd   Təsərrüfatı   Nazirliyinin   təyinatına   əsasən Azərbaycan   Elmi-Tədqiqat   Əkinçilik   İnstitutunun   Mirbəşir   Zona   Təcrübə Stansiyasında (indiki Tərtər Bölgə  Təcrübə Stansiyasında) kiçik  elmi işçi kimi fəaliyyətə  başlamışdır.  Əliyev  A.  M.  1983-1985-ci  illərdə  Ağcabədi  Suvarma Sistemləri İdarəsində Sovet Azərbaycanın 60 illiyi adına Üzümçülük sovxozunda mühəndis   hidrotexnik,   1985-1986-cı   illərdə   Altıağac   Dövlət   Sort   Sınaq məntəqəsinin müdiri, 1986-1988-cı illərdə Abşeron rayonu Altıağac heyvandarlıq sovxozunda   yemçilik   üzrə   direktor   müavini,   1988-2001-ci   illərdə   Abşeron rayonunun 2 saylı sovxozunda baş aqronom, 2001-2009-cu illər ərzində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Toxumçuluq laboratoriyasında toxumçuluq üzrə baş mütəxəsis  və  həmin  vaxtdan  hal-hazıra  kimi  “İlkin  toxumçuluq  və  toxumun keyfiyyəti”  laboratoriyasında  laboratoriya  müdiri  vəzifəsində  çalışır.“Qarabağ düzənliyinin boz çəmən torpaqlarında becərmə üsullarının yeni intensiv payızlıq buğda sortlarının dən məhsuldarlığı və toxum çıxımına” təsiri mövzusunda elmi- tədqiqat iş aparır. Elmi-şüranın üzvüdür. 15-dən artıq elmi əsərlərin müəllifidir.