Zamanova Rəhminə

  • Əkinçilik Elmi-Tədqiqat İnstitutu
  • Böyük elmi işçi
  • rehmine.zamanova@gmail.com
  • 055-579-88-39
  • Keçirdiyi təlimlərin sayı: 1

Tərcümeyi hal

Mən Zamanova Rəhminə Məməş qızı 20 may 1966-cı ildə Zəngəzur mahalı Mehri rayonunun Nüvədi kəndində anadan olmuşam. 

1973-1983-cü illərdə Nüvədi kənd orta məktəbində təhsil almışam. 

1984-1989-cu illərdə “ Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişəm. 

Əmək fəaliyyətimə 1985-ci ildən Nüvədi kənd “Qırmızı Sərhəd” kolxozunda aqranom kimi başlamışam. 

1991- ci ilin avqust  ayının 7-də Nüvədi kəndindən erməni terroru nəticəsində deportasiya olunmuşuq. 

1991-ci ildən Gəncə şəhərində məskunlaşmışıq.  

1992-ci ildən 2003-cü ilə kimi Gəncə Şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsində çalışmışam. 

2008-ci ildən sabiq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda və 2016-cı ildən hal-hazıra kimi Əkinçilik Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi işləyirəm, aqrar elmlər üzrə fəlsəfə doktoruyam. 

Bakı şəhərində yaşayıram, ailəliyəm iki övladım-bir oğlum, bir qızım var.