Qarabağ qoyun cinsi Azərbaycanda qədim və ən geniş yayılan qoyun cinslərindən biridir. Bu cins xalq seleksiyası məhsuludur. Qarabağ cinsi bir çox müsbət xüsusiyyətləri ilə məşhurdur. Bu cins öz müsbət eksteryer görünüşünə görə digər cinslərdən fərqlənir. İri və geniş döş qəfəsi, iri, yağlı quyruğu olur, bədəni yunla qeyri-kafi örtülüdür. Yunun boz rengli xüsusiyyəti üstünlük təşkil edir. Qoç və qoyunların əksəriyyəti buynuzsuz və qulaqsız olur.
Yemə az tələbkardır. Sutkada 20-25 km yol gedə bilir. Canlı kütləsi qoyunlarda 45-50 kq, erkəklərinki isə 70-90 kq olur. Ekiz balalar çox olur. Hər 100 doğar qoyundan 130-140 baş quzu almaq olur.
Qırxım zamanı qoyunlardan 2,2-2,4 kq, qoçlardan isə 3,4-3,6 kq yun almaq olur.
Ana qoyunların süd məhsuldarlığı da yüksəkdir. Laktasiya ərzində 50-60 kq süd almaq olur. Yerli şəraitə dözümlü olmaqla xəstəliyə az tutulurlar. Qarabağ qoyun cinsi Qarabağ, Mərkəzi Aran, Muğan-Salyan zonalarında geniş yayılmışdır.
Qoyun ətinin tərkibi və xassələri-qoyun ətinin dəyərliliyi onun tərkibindəki əzələ və piy toxumasının nisbəti ilə əlaqədardır. Qoyun əti mal ətindən tərkibində yumşaq əzələ və zülala görə geri qalsada piyin miqdarı və kaloriliyinə görə ondan üstündür. Ətin tərkibindəki zülalın miqdarına görə qoyun əti mal ətinə yaxın, donuz ətindən isə üstündür.
Qarabağ və Qaradolaq qoyunlarının ətinin başqa növ ətdən fərqi ondan ibarətdir ki, qoyun ətinin piyinin tərkibində xolestrin, yağ turşusu az olur.
Qoyun ətinin qiymətləndirilməsi- qoyun əti kəsimdən qabaqkı çəkisinə, cəmdəyin və daxili piyin çəkisinə, kəsim çəkisinə, kəsim çıxarına, cəmdəkdə ətin sümüyə nisbəti, həmçinin əzələ və piy toxumasına, köklük dərəcəsinə, cəmdəyin morfoloji və növ tərkibinə, ətin qidalılıq dəyərinə, keyfiyyətinə və s. göstəricilərə görə qiymətləndirilir.
Ətin rəngi onun tərkibindəki mioqlobinlə xarakterizə olunur. Bu isə cinsdən, cinsiyyət, yaş, yemləmə və bəsləmə şəraitindən asılıdır. Yaşlı qoyunun ətinin rəngi tünd olur. Yemdə çatmadıqda ətin rəngi ağımsov olur.
1kq çəki artırmına qoyunlarda 6-14 kq yem vahidi sərf edilir. Bu yaş, cins, cinsiyyət, yenləmə və bəsləmə şəraitindən asılıdır. Qoyunlar nə qədər erkən yaşda (6-8 aylıqda) kökəldilməyə qoyularsa, onda 1kq diri çəki artımına az yem (6-7 kq yem vahidi) vahidi sərf etməklə, yüksək keyfiyyətli cavan qoyun əti alınar.
© 2019 - 2023 agroinfo.az