Saanen keçi cinsi


Saanen keçiləri ilk dəfə İsveçrədə yetişdirilmişdir. Hazırda bir çox Avropa ölkələrində və həmçinin Türkiyə Respublikasında da yetişdirilir. Saanen cinsi ağ və krem rəngində, qısa tüklü və boynuzsuzdur. Dərisi incə, elastiki və çəhrayı rənglidir. Tükləri qısa, parlaq və sıxdır.  Dişilərdə baş zərif, gözlər böyük və parlaq, qulaq incə və yüngül sallanan və ya dikdir. Bədən quruluşu dərin uzun və arxaya doğru geniş olub, boyun incə və uzundur. Döş süd istiqamətinə uyğun olaraq yaxşı inkişaf etmiş olub, qarın altına və arxa qıçlara doğru yayılmışdır. Saanen keçiləri südlük istiqamətlidir. Laktasiya dövründə 750-1000 kq süd verirlər. Südün  yağlılığı 4,4-4,6%-dir. Ana keçilərin diri çəkisi 50-55 kq, erkəklərin(təkələr) diri çəkisi isə 70-75 kq olur. Hər 100 baş ana keçidən 170-180 baş çəpiş alınır. Saanen keçilərinin əti yağsızdır. Orta köklükdə olan cavan keçilərin təmiz ət çıxımı 48-50 % təşkil edir. Müxtəlif iqlim şəraitinə asan adaptasiya olunurlar.








Oxşar mövzular