Xəstəlik buğdanın yarpaqlarını zədələyərək qonur sporların əmələ gəlməsinə səbəb olur. Xəstəliklə sirayətlənmə əsasən məhsul toplanarkən torpağa düşən dən vasitəsilə baş verir. Yəni dən torpaqda cücərib xəstəliyə yoluxur. Xəstəliyin təsirindən bitkidə bəzi proseslər zəifləyir, su balansı pozulur, buxarlanma artır, nəticədə yarpaqlar quruyaraq tökülür və məhsuldarlıq aşağı düşür.
ƏLAMƏTLƏRİ
Xəstəliyin səciyyəvi əlaməti yarpaqlar üzərində dağınıq formada qonur rəngdə sporların əmələ gəlməsi müşahidə olunur.
İNKİŞAF DÖVRÜ
Xəstəliyə bitkinin bütün orqanlarını sirayətləndirir (gövdəsi, yarpaq, sünbül). Əvvəlcə bitkinin orqanlarında göbələyin narıncı-qonur rəngli sporları sonra isə vegetasiyanın sonunda qara rəngli sporlar əmələ gəlir. Güclü zədələnmiş bitkinin gövdə və yarpaq qabığı xəstəlik nəticəsində partlayır və nəticədə sporlar yayılaraq digər bitkiləri yoluxdurur. Qonur pas xəstəliyinin qışlama mərhələsi aralıq sahibi zirinc bitkisi və digər taxıllar fəsiləsinə aid olan bitkilər üzərində keçirir. Xəstəliklə yoluxmuş sahə məhsulun 50-60% - ə qədərini məhv edir.
AQROTEXNIKI MÜBARIZƏ TƏDBIRI
© 2019 - 2024 agroinfo.az